17:00 2020.03.22

Ulduz futbolçudan böyük məsuliyyətsizlik: Sevgilisi ilə...

Koronavirus pandemiyası səbəbi ilə bütün mütəxəssislər insanları evdə oturmağa və kütləvi yerlərdən uzaq qalmağa çağırır. Dünyanın tanınmış simaları da bu çağırışlara qoşularaq "Evdə qal" kampaniyası aparır.

Amma belə bir vaxtda karantin qaydalarını pozanlar da az deyil. Belələrindən biri də "Tottenhem"in və İngiltərə millisinin ulduzu Dele Allidi.

Xebervar.com fanata.az-a istinadən bildirir ki, ulduz futbolçu koronavirus səbəbindən Premyer Liqa təxirə salınandan sonra iki dəfə sevgilisi ilə gecə klubuna yollanıb. Dele Alli hətta sevgilisi Rubi Mae ilə birlikdə gecə klubundan saat 03.37-də foto da paylaşlıb.

Bu İngiltərədə ilk belə hal deyil. Bundan əvvəl "Mançester Siti"dən Kile Ualker və Riyad Mahrez, "Lester"dən Maddison və Ben Kilvell də karantin qaydalarını pozaraq, gecə klubuna yollanıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: