08:30 2020.06.29

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 189 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 189 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 28-sı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 189 077 nəfər yeni koronavirusa yoluxub, 4 612 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 843 073, ölənlərin isə 495 760 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 933 972 yoluxma və 117 178 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 656 437, ölənlərin sayı isə 196 541 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 024 222 yoluxma və 23 449 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: