22:00 2020.01.13

ÜST təcili iclas keçirəcək - Naməlum virusa görə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni növ koronavirusun tapılması ilə əlaqədar təşkilatın Fövqəladə hallar komitəsinin növbədənkənar iclasını nəzərdən keçirir.

Xebervar.com Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bu gün yaydığı bəyanatda deyilir.

Vəziyyətlə bağlı ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus komitə üzvləri ilə məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, Çin hökuməti Uhan əyalətində naməlum xəstəliyin aşkarlandığını bildirib. Xəstəliyin koronavirusun yeni növü olduğu deyilir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: