23:00 2020.06.28

“Yuventus” “Barselona” futbolçusu ilə 5 illik müqavilə imzalayıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur İtaliya "Yuventus"u ilə müqavilə imzalayıb.

Xebervar.com apasport.az-a istinadən bildirir ki, yarımmüdafiəçi 5 illik anlaşmaya imza atıb.

O, 2025-ci ilin iyununa qədər Turin klubunda oynayacaq. Əks istiqamətdə - "Yuventus"dan "Barselona"ya yollanan Miralem Pyaniç artıq tibbi müayinədən keçib.

Qeyd edək ki, Artur 70, Pyaniç 60 milyon avroya transfer olunub. Hər iki transfer üçün əlavə bonuslar da nəzərdə tutulub.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: