19:30 2020.01.11

"Zirə" uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

Xebervar.com qol.az-a istinadən xəbər verir ki, Bakı klubu Türkiyənin 1-ci liqa təmsilçisi "Ümraniyespor"la üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub.

"Ümraniyespor" liqada 17 turdan sonra 25 xalla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, yanvarın 22-dək davam edəcək Antalya toplanışı çərçivəsində "Zirə" ümumilikdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Yoxlama görüşü
11 yanvar

"Zirə" - "Ümraniyespor" (Türkiyə) - 0:3
Antalya. "Fanatic Tour"un meydanı

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: